Yay aylarında keyfiyyətli yuxu üçün bunlara diqqət edin

Yay aylarında havaların isinməsi və günlərin uzanması bir çox insanın yuxu rejiminə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, bir neçə sadə vərdiş sayəsində isti havalarda da rahat və keyfiyyətli yuxu əldə etmək mümkündür.
Sfera.az xəbər verir ki, yay axşamlarında yuxu keyfiyyətini artırmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək faydalıdır.
Yatmazdan əvvəl otağın yaxşı havalandırılması və bədən temperaturunu tənzimləyən, nəfəs alan pambıq geyimlərin seçilməsi daha rahat yuxuya getməyə kömək edir.
Gün batdıqdan sonra qəbul edilən kofein yuxuya getmə müddətini uzada bilər. Mütəxəssislər axşam saatlarında çobanyastığı və ya melisa kimi sakitləşdirici bitki çaylarına üstünlük verməyi tövsiyə edirlər.
Həftəsonları belə eyni saatda yatıb oyanmaq orqanizmin bioloji ritmini qorumağa kömək edir. Bu vərdiş həm yuxu keyfiyyətini artırır, həm də gün ərzində yorğunluq hissini azaldır.
Mənsumə
