Əhalinin kredit kartları üzrə borcu azalır - Müqayisə

Azərbaycanda ev təsərrüfatlarının banklara olan kredit borcunun 6,5 faizini kredit kartları ilə alınan borclar təşkil edir.
Sfera.az Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, son iki ildə ev təsərrüfatlarının, yəni ailələrin ümumi kredit borcu artsa da kredit kartları üzrə borclar azalır.
2024-cü ildə əhalinin banklara kredit kartları üzrə borcu maksimum həddə çatmışdı. Həmin ilin sonunda kredit kartları üzrə borc 1,347 milyard manat dəyərində olmuşdu. Bu qədər borcun ümumi kredit borclarında payı isə 8,2 faiz təşkil edirdi.
Amma ümumi borcda kredit kartları üzrə borcun məbləği 2025-ci ilin sonunda 7,1 faizə, 2026-cı ilin mayın sonunda 6,5 faizə geriləyib.
Ailələrin ümumi kredit borclarının artmasına baxmayaraq kredit kartları üzrə borcların azalması maraqlıdır.
Vasif
