Misir Mərdanov məktəblərdə telefon qadağası haqda danışdı

Misir Mərdanov məktəblərdə telefon qadağası haqda danışdı
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, məktəbəqədər hazırlıq qrupları və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydalar qüvvəyə minib. Elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı qərara əsasən, şagirdlərin məktəbə gətirdiyi telefon və digər elektron cihazlar dərs müddətinin sonunadək xüsusi saxlama yerlərində söndürülmüş və ya səssiz rejimdə saxlanılmalıdır.

Elm və təhsil naziri Emin Əmrullayevin iyunun 2-də imzaladığı qərar iyunun 26-dan qüvvəyə minib.

Sfera.az xəbər verir ki, sabiq təhsil naziri Misir Mərdanov azxeber.com-a açıqlamasında bildirib ki, məktəblərdə telefon istifadəsinə qadağa qoyulması yaxşı addımdır:

"Məktəblərdə telefon istifadəsinə qadağa qoyulması yaxşı fikirdir. Bu, uşaqların dərs zamanı diqqətinin yayınmasının qarşısını ala bilər. Lakin bunun reallaşdırılması sadə məsələ deyil”.

Sabiq nazir qeyd edib ki, bu kimi tədbirlər təhsilin və keyfiyyətinin artırılmasına xidmət edəcək:

"16 yaşa qədər uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyət qoyulması da müsbət addımdır. Əgər bu qayda tətbiq olunarsa, azyaşlı uşaqlar üçün faydalı təşəbbüs ola bilər. Bu kimi tədbirlər təhsilin və tərbiyənin keyfiyyətinin artırılmasına xidmət edəcək. Lakin bu qərarın təhsil müəssisələrində necə tətbiq olunacağı mürəkkəb məsələdir”.

PAYLAŞ