Bakıdakı müəllimlərin orta maaşı açıqlandı - MƏBLƏĞ

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1109 manat təşkil edib.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı BŞTİ-nin mətbuat xidməti açıqlayıb.
Bu dövrdə məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı isə 583 manat təşkil edib.
"Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin texnologiya, təsviri incəsənət, tarix, fiziki tərbiyə, musiqi fənləri üzrə (həmçinin əvvəlki illərdə sertifikasiyası keçirilmiş fənlər üzrə pedaqoji fəaliyyətinin 3 ili tamam olmuş və ya sosial məzuniyyətdən qayıtmasının 1 ili tamam olmuş) sertifikatlaşdırılması həyata keçiriləcək.
Qeyd olunan fənlər üzrə 4 453 müəllimə sertifikasiyada iştirak üçün müvafiq sistem üzərindən dəvət göndərilib", - deyə məlumatda qeyd olunub.
