“Yüksəliş” müsabiqəsində 70 minə yaxın şəxs iştirak edib

Bu günə qədər keçirilən “Yüksəliş” müsabiqəsinin 5 mövsümündə ümumilikdə 69 min 963 nəfər iştirak edib. Onlardan 116 nəfər qalib adını qazanıb.
Sfera.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev altıncı müsabiqə üçün keçirilmiş mətbuat konfransında deyib. O bildirib ki, müsabiqə iştirakçılarının 30,45 faizi qadın, 69,55 faizi kişi olub:
“Birinci müsabiqədə “Yüksəliş” müsabiqəsində 11 min 760 nəfər qeydiyyatdan keçib və yekunda 27 qalib müəyyənləşdirilib. İkinci müsabiqədə 12 min 299 nəfər iştirak edib, 22 nəfər qalib adını qazanıb.
Üçüncü mövsümdə 13 min 474 namizəd qeydiyyatdan keçib və 22 nəfər qalib seçilib. Dördüncü “Yüksəliş” müsabiqəsində 15 min 877 nəfər qeydiyyat mərhələsini uğurla tamamlayıb, 25 nəfər qalib olub. Beşinci mövsümdə isə 16 min 553 nəfər qeydiyyatdan keçib və 20 nəfər müsabiqənin qalibi elan edilib”.
Firuzə Əliyeva
Sfera.az
