"TəhsilPlus kartı ilə bu proqrama çıxış əldə ediləcək" - Rəsul Həşimov

"TəhsilPlus kartı ilə bu proqrama çıxış əldə ediləcək" - Rəsul Həşimov
Kateqoriya məlum deyil
T

TəhsilPlus kartı istifadəçilərin gündəlik xərclərində real qənaət imkanları formalaşdırılır.

 

Sfera.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” mövzusunda keçirilən tədbirdə deyib.

 

O bildirib ki, Təhsil Plus Kartı həm əməkhaqqı kartı, həm debet kartı, həm də müxtəlif müəssisə və xidmət nöqtələrinə rahat çıxış imkanı yaradan çoxfunksiyalı alət kimi fəaliyyət göstərir:

 

“"Birbank” tətbiqi vasitəsilə BakıKart və QR biletlərinə 10 faiz, kitab və dəftərxana ləvazimatlarına 5 faiz, kinoteatrlarda 5 faiz, “BRAVO”da QR ödənişlərə 3 faiz, yanacaqdoldurma məntəqələri, kafe və restoranlar, apteklərdə 3 faiz bonus təqdim olunur. Kart istifadəçiləri aylıq olaraq təqdim edilən 7 kateqoriyadan 5-ni seçmək hüququna malikdirlər. Bu isə xərclərin fərdi istehlak vərdişlərinə uyğun optimallaşdırılmasına imkan yaradır”.

 

R.Həşimov qeyd edib ki, TəhsilPlus kart sahibləri Mastercard-ın beynəlxalq Mastercard Priceless Specials proqramına birbaşa çıxış əldə edirlər:

 

“Bu proqram çərçivəsində istifadəçilərə yerli və beynəlxalq tərəfdaş şəbəkələrində eksklüziv endirimlər və xüsusi təkliflər təqdim olunur. Bütün aktiv kampaniyalar və üstünlüklərlə bağlı ətraflı məlumatı mastercard.az saytı vasitəsilə, eləcə də Mastercard çatbotundan istifadə etməklə əldə etmək mümkündür”.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ