"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək

Kateqoriya məlum deyil
T
TəhsilPlus kartı təhsilin bütün pillələri üzrə çalışan inzibati və pedaqoji heyəti əhatə edəcək.
Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, ümumilikdə 450 minə yaxın təhsil işçisi kartdan istifadə imkanı qazanacaq. O bildirib ki, təhsil işçiləri “Birbank” tətbiqi üzərindən TəhsilPlus kartından faydalana bilərlər.
Firuzə Əliyeva
Sfera.az
