"Son 20 il ərzində Azərbaycan təhsilində ciddi dəyişikliklər olub"

Son 20 il ərzində Azərbaycan təhsilində ciddi dəyişikliklər olub.
Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, bu müddət ərzində 3600-dən çox məktəb tikilib, əsaslı təmir olunub. Təhsil infrastrukturunun 90 faizi yenilənib, 1.3 milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb.
K.Kərimzadə qeyd edib ki, bu işlər Azərbaycan təhsil işçiləri, gənclər, tələbələr üçün böyük töhvədir:
“80 mindən çox müəllimin sertifikatlaşdırılması həyata keçirilib. Qəbul nəticələrində də müsbət dinamika müşahidə olunur. Peşə və ali təhsil sahəsində müasir infrastruktur yaradılıb və bu istiqamətdə yenilənmə prosesi davam edir. Bütün bu işlərin əsas hərəkətverici qüvvəsi Azərbaycan müəllimidir. Heç bir təhsil sisteminin gücü onun müəlliminin gücündən artıq ola bilməz”.
Firuzə Əliyeva
Sfera.az
