Milli Məclisdə 65 yaşlı müəllimlərlə bağlı TƏKLİF

"Müəllim dövlətin sütunudur, millətin qurucusudur, onun savadlı gələcəyinin memarıdır".
Sfera.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında“ layihənin müzakirəsi zamanı bildirib.
Millət vəkili qeyd edib ki, müəllimin nüfuzu sarsılarsa, nizam pozular, ən kiçik mübahisədə öyrədənini haqsız və günahkar çıxaran xalqın gələcəyi ola bilməz:
"Silahlı zorakılıqlarda müəllimi günahlandırmaq, istənilən hadisədə öyrədənini linç etmək bizə Qərb məktəblərindəki qətliamları nümunə göstərməkdir. Əlbəttə, onunla da razıyıq ki, yalnız test sisteminə arxalandığımız və repetitorluqdan keçən gənc müəllimləri irəli çəkib 65 yaşı tamam olan kimi təhsil sistemindən kənarda qoyduğumuz, Makarenko təlimi görmüş müdrik pedaqoqlara gəlin, yenidən qiymət verək. Uşaqların çətinləşən qəbul imtahanları fonunda nəinki asudə vaxta, normal fiziki qidalanmaya zamanı qalmır. Ona görə də psixoloji keçid mərhələsində olan yeniyetmələri repetitorlara məhkum etməyin nəticələrini dərin elmi araşdırmalarla təhlil etməliyik".
Firuzə Əliyeva
Sfera.az
