Onlara Elm və Təhsil Nazirliyində vəzifə verildi

Kateqoriya məlum deyil
T
Elm və Təhsil Nazirliyinin struktur qurumlarında ictimaiyyətlə əlaqələr istiqamətində yeni təyinatlar həyata keçirilib.
Sfera.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Dövlət Proqramı İdarəetmə Qrupu (DP) PR şöbələrinə yeni rəhbərlər təyin olunub.
Belə ki, Jalə İsmayıl Təhsil İnstitutunun PR rəhbəri vəzifəsinə, Aysel İbrahimova isə Dövlət Proqramı İdarəetmə Qrupunun PR rəhbəri vəzifəsinə təyin edilib. Bundan sonra qeyd olunan qurumlarla bağlı müraciətlər, o cümlədən mediadan daxil olan sorğular birbaşa yeni PR rəhbərləri vasitəsilə həyata keçiriləcək.
Firuzə Əliyeva
Sfera.az
