Trampdan Putinə ÇAĞIRIŞ: "Vladimir, artıq dayanmağın vaxtıdır"

Kateqoriya məlum deyil
T
ABŞ-ın 2029-cu ilin yanvarınadək prezidenti olacaq Donald Tramp Ukrayna-Rusiya müharibəsinin onun prezidentliyi dövründə başa çatacağına inandığını bildirib.
Sfera.az xəbər verir ki, foxnews-a müsahibə zamanı Tramp bu prosesin niyə daha tez baş vermədiyinə dair sualları cavablandıraraq, hər iki liderlə yaxşı münasibətləri olduğunu qeyd edib.
Rusiya lideri Vladimir Putinlə müharibənin dayandırılması barədə danışıqlarına toxunan Tramp təfərrüata varmadan öz mövqeyini belə ifadə edib:
"Mən ona həmişə eyni şeyi deyirəm: 'Vladimir, artıq dayanmağın vaxtıdır. Bu müharibəyə son qoymaq lazımdır'".
Trampın sözlərinə görə, Putin sövdələşməyə hazırdır./bizimmedia
