Tramp: İraqa hücum səhv idi

"Mən həmişə demişəm ki, İraqa girməyin. İraqa hücum etməyin. Aydındır ki, onlar səhv ölkəyə hücum ediblər və böyük ziyan vurublar".
Teleqraf xəbəe verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İraqın Baş naziri Əli əz-Zeydi ilə Ağ Evdə keçirilən görüşdən sonra mətbuat konfransında bildirib.
11 sentyabr hücumlarından sonra ölkəsinin İraqa hücumuna münasibət bildirən Tramp deyib: "Aydındır ki, onlar səhv ölkəyə hücum ediblər və böyük ziyan vurublar. Biz artıq İraqda orduya ehtiyac duymuruq. Sizin böyük bir fürsətiniz var. Bütün neft şirkətləri indi İraqla tərəfdaşlıq qurur və çox yaxşı yola gedirlər. Orada orduya ehtiyac duymadığımız böyük bir münasibətdir."
Tramp əlavə edib ki, İraqı qorumaq üçün lazım gələrsə, bölgədə olacaqlar: "Lakin bunun lazım olacağını düşünmürəm".
İraqın Baş naziri Zeydi ölkəsinin İŞİD terror təşkilatına qarşı mübarizəsinin 400 milyard dollara başa gəldiyini vurğulayıb: "Bu gün İraqdakı bəzi şəhərlər tamamilə dağıdılıb, onlar qaçqın düşərgələri kimidir. Onları evlərinə qaytarmaq üçün planımız var. Bizə ədalətli bir pay lazımdır".
O, İranın Yaxın Şərqdə zorbalıqla məşğul olduğunu deyib:
Tramp isə qeyd edib ki, iki gün əvvəl İranla razılaşma sona çatıb: "Onlar razılaşmadakı bir şeyi bəyənmədilər. Onlar bunu edə bilmədilər və əvvəlcə atəş açdılar".
Tramp İranı "Yaxın Şərqin zorakı ölkəsi" adlandırıb: "Onlar İraqı zorakılığa məruz qoydular. Onlar hər ölkəni zorakılığa məruz qoydular. Yaxın Şərqdəki digər ölkələrdə qorxu hökm sürürdü. Amma indi qorxu yoxdur, çünki onların hərbi imkanları məhv edilib".
Tramp iddia edirdi ki, İraqla münasibətlərin yaxşılaşması sayəsində Yaxın Şərq birləşib./teleqraf
