Tramp xalqa müraciət edəcək

Tramp xalqa müraciət edəcək
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp 16 iyulda xalqa müraciət edəcək.

Sfera.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, televiziya vasitəsilə yayımlanacaq müraciətdə dövlət başçısı müxtəlif mövzulara, o cümlədən ABŞ-İran münaqişəsinə toxunacaq.

Belə ki, ABŞ liderinin müşavirləri sırasından olan mənbənin sözlərinə görə, Tramp həmçinin ABŞ-də keçiriləcək seçkilərdən bəhs edəcək, Tehrana qarşı hərbi əməliyyatlar barədə son məlumatları təqdim edəcək, həmçinin vacib hesab etdiyi digər məsələlərə də münasibət bildirəcək.

“Vəziyyət hər dəqiqə dəyişir, lakin o bu mövzuya toxunmaq istəyir”, - İranla bağlı hadisələrdən danışarkən mənbə bildirib.

PAYLAŞ