Nikol Paşinyan Rusiyaya səfər edəcək

Nikol Paşinyan Rusiyaya səfər edəcək
Kateqoriya məlum deyil
T

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.

Sfera.az xəbər verir ki, bu barədə FederalPress media holdinqi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Paşinyan Yekaterinburqda keçiriləcək "İNNOPROM" beynəlxalq sənaye sərgisində iştirak edəcək. Mənbə bildirib ki, onun səfəri ilə əlaqədar yüksəksəviyyəli qonaqların proqramında dəyişiklik edilib. Ermənistan baş nazirinin səfər çərçivəsində hansı görüşləri keçirəcəyi isə hələlik açıqlanmayıb.

Bu, Nikol Paşinyanın Ermənistanda keçirilən parlament seçkilərindən sonra Rusiyaya ilk rəsmi səfəri olacaq. İyunun 7-də keçirilən seçkilərdə onun rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası parlamentdə çoxluğu qazanıb.

Qeyd edək ki, "İNNOPROM" beynəlxalq sənaye sərgisi iyulun 6–9-da Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.

Xatırladaq ki, iyulun 1-də Rusiyanın Baş naziri Mixail Mişustin parlament seçkilərindən sonra ilk dəfə Nikol Paşinyanla telefon danışığı aparmışdı. Tərəflər Moskva ilə İrəvan arasında iqtisadi və ticarət sahələrində əməkdaşlığın inkişafını müzakirə etmişdilər.

İnci

Sfera.az

PAYLAŞ