NATO-nun yeni Müdafiə Bankı yaradılır

NATO-nun yeni Müdafiə Bankı yaradılır
Kateqoriya məlum deyil
T

Kanada Baş naziri Mark Karni Türkiyədə keçiriləcək NATO sammitində alyansın yeni Müdafiə Bankının təsis edildiyini elan edəcək.

Sfera.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, yeni kredit təşkilatının əsas məqsədi NATO-ya üzv dövlətlərə və onların müttəfiqlərinə hərbi layihələrin maliyyələşdirilməsi üçün aşağı faizli kreditlər ayırmaqdır.

Bu təşəbbüs çərçivəsində 133 milyard dollara qədər vəsaitin cəlb edilərək alyansın müdafiə qabiliyyətinin gücləndirilməsi hədəflənir. Təxminən 10 ölkənin təsisçi qismində çıxış edəcəyi banka Kanadanın ilkin töhfəsinin 1,7 milyard dollar olacağı gözlənilir.

Xatırladaq ki, NATO-nun Ankara sammiti iyulun 7–8-də keçiriləcək.

PAYLAŞ