Simonyan təkzib etdi: "Prezident olmayacağam"

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan ölkə prezidenti vəzifəsini tutacağı ilə bağlı yayılan məlumatları təkzib edib.
Sfera.az xəbər verir ki, Simonyan iyulun 2-də jurnalistlərə açıqlamasında bu iddiaları "cəfəngiyyat" adlandırıb.
"Bu, tamamilə əsassız məlumatdır. Mən belə bir şey barədə nə düşünmüşəm, nə də indiyədək kiminləsə belə bir müzakirə aparmışam. Hesab edirəm ki, bu cür söhbətlər düzgün deyil", – o bildirib.
Simonyan vurğulayıb ki, Ermənistanın hazırda fəaliyyətdə olan prezidenti var və ona böyük hörmət bəsləyir.
"Ermənistan Respublikasının prezidenti var. Vətəndaş kimi deyə bilərəm ki, o, mənim ən çox hörmət etdiyim prezidentdir. Onu çox sevir və hörmət edirəm. Buna görə də bu cür iddialar tamamilə mənasızdır", - parlament sədri qeyd edib.
Alen Simonyan eyni zamanda aktiv siyasətdən getməyəcəyini də bildirib.
"Biz vətəndaşlara seçki kampaniyası zamanı müəyyən vədlər vermişik. Mən beş il ərzində öz mövqeyimi burada qorudum, bundan sonra da başqa bir yerdə ölkəmə xidmət etməyə davam edəcəyəm. Heç bir vəzifə əbədi deyil və bu, tamamilə normaldır", – o əlavə edib.
Firuzə Əliyeva
Sfera.az
