Berlin ABŞ-dən silah istehsalına icazə istəyir

Berlin ABŞ-dən silah istehsalına icazə istəyir
Kateqoriya məlum deyil
T

Almaniya hökuməti ABŞ-dən ölkə ərazisində Amerika istehsalı olan silahların istehsalının genişləndirilməsinə icazə verilməsini istəyir.

Sfera.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Almaniya rəsmiləri gələn həftə keçiriləcək NATO sammiti ərəfəsində amerikalı həmkarları ilə birgə silah istehsalına dair saziş imzalamağa çalışırlar. Bu təşəbbüs Avropa ölkələrinin müdafiə-sənaye potensialından istifadə etməklə Vaşinqtonla münasibətləri möhkəmləndirmək istiqamətində həyata keçirdiyi daha geniş strategiyanın tərkib hissəsi hesab olunur.

Mənbələrin bildirdiyinə görə, Almaniya və ABŞ müdafiə sənayelərini birləşdirəcək birgə istehsal formatları üzrə danışıqlar artıq davam edir. Müzakirələr uzaqmənzilli Tomahawk raketlərinin, eləcə də Patriot (PAC-3) zenit-raket kompleksləri üçün raketlərin istehsalı da daxil olmaqla müxtəlif istiqamətləri əhatə edir.

Qeyd olunur ki, həm ABŞ hökumətinin, həm də ölkənin müdafiə sənayesi nümayəndələrinin bu təşəbbüsə reaksiyası gözləniləndən daha müsbət olub.

Bundan əvvəl ABŞ-nin Almaniyadakı hərbi kontingentinin azaldılması planı çərçivəsində uzaqmənzilli silahlarla təchiz edilmiş batalyonun bu ölkədə yerləşdirilməsi planlarına yenidən baxacağı barədə məlumat yayılmışdı.

İnci

Sfera.az

PAYLAŞ