Rutte: Avropanın silahlanması Trampın NATO-ya dəstəyini gücləndirə bilər

ABŞ İrana qarşı hərbi əməliyyatının bir hissəsi olaraq Avropadakı hava bazalarından təxminən 5000 döyüş uçuşu həyata keçirib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte “Financial Times” qəzetinə verdiyi müsahibədə deyib.
“Böyük mənzərəyə baxsaq, görünür ki, Avropa ölkələri vəd etdiklərini yerinə yetirirlər. Keçən həftə mən iddia etdim ki, Avropa yenidən ABŞ gücünün proyeksiyası üçün böyük bir platformadır”,– Rutte bildirib.
Eyni zamanda, o, Vaşinqtonda avropalı tərəfdaşların ikitərəfli öhdəlikləri yerinə yetirməməsi ilə bağlı fərdi hallarla bağlı müəyyən gərginliyin qaldığını etiraf edib:
"Məyusluğa səbəb olan fərdi halların olmadığını demirəm, amma ümumilikdə mənzərə çox müsbətdir".
O, həmçinin Avropa dövlətlərinin yenidən silahlanma proqramının ABŞ Prezidenti Donald Trampın gələn həftə keçiriləcək sammitdən əvvəl ittifaqa sadiq qalmasının lehinə iqtisadi arqument olduğuna diqqət çəkib. Onun sözlərinə görə, təxminən 300 milyard dollar dəyərində silah sifarişləri Amerika müdafiə müəssisələrində çalışan təxminən 195 min işçini işlə təmin edir".
Firuzə Əliyeva
