Putinlə Lukaşenko gizli məsələləri müzakirə edir

Putinlə Lukaşenko gizli məsələləri müzakirə edir
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında keçirilən qapalı danışıqlarda ictimaiyyətə açıqlanmayan həssas məsələlər müzakirə olunur.

Sfera.az xəbər verir ki, bu barədə Kremlin jurnalist hovuzunun müxbiri Aleksandr Yunaşev "Telegram" kanalında məlumat yayıb.

Jurnalistin sözlərinə görə, iki lider arasında danışıqlar tamamilə qapalı formatda keçirilir ki, bu da belə görüşlər üçün nadir hal hesab olunur.

"Bildiyim qədərilə, maksimal dərəcədə həssas və ictimaiyyətə açıqlanmayan məsələlər müzakirə edilir", – deyə Yunaşev bildirib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko iyunun 26-da işgüzar səfərlə Rusiyaya gəlib. Həmin gün o, Valdaydakı prezident iqamətgahında Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüş keçirib. Tərəflər bu gün danışıqları geniş tərkibdə davam etdirirlər.

İnci

Sfera.az

PAYLAŞ