İran rəsmiləri Trampı anlamaq üçün onun kitabını araşdırıblar

İran rəsmiləri Trampı anlamaq üçün onun kitabını araşdırıblar
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın danışıqlar zamanı davranışlarını və qərarvermə üsulunu daha yaxşı anlamaq məqsədilə İran nümayəndə heyətinin onun 1987-ci ildə nəşr olunan “Sazişin sənəti” (The Art of the Deal) kitabını araşdırdığı iddia edilir.

Sfera.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, İran diplomatları ABŞ ilə aparılan danışıqlarda Trampın yanaşmasını proqnozlaşdırmaq üçün onun biznes və danışıqlar strategiyalarını əks etdirən kitabı təhlil ediblər.

Məlumata görə, son aylarda İsveçrədə keçirilən danışıqlar zamanı Trampın gözlənilməz və dəyişkən mövqeyi İran tərəfi üçün müəyyən çətinliklər yaradıb. Bu səbəbdən İran nümayəndələri ABŞ prezidentinin davranış modelini daha dərindən öyrənməyə çalışıblar.

Qəzetin iddiasına əsasən, ilkin təhlillər Trampın bir çox açıqlama və addımlarının kitabda əks olunan danışıqlar prinsipləri ilə uyğunluq təşkil etdiyini göstərib.

Bundan əlavə, danışıqlara yaxın mənbələrin bildirdiyinə görə, İran nümayəndə heyəti Trampın qərarvermə prosesini daha yaxşı anlamaq üçün psixoloq və ekspertlərdən ibarət məsləhətçi qrupların dəstəyindən də yararlanıb.

Qeyd edək ki, son dövrlərdə ABŞ və İran arasında aparılan diplomatik təmaslarda müəyyən müsbət siqnallar müşahidə olunur. Bununla belə, tərəflər arasında yekun razılığın əldə olunub-olunmayacağı hələlik məlum deyil.

Mənsumə

Sfera.az

PAYLAŞ