Varşava ilə Kiyev arasında gərginlik Zelenskinin qərarına təsir edib

Varşava ilə Kiyev arasında gərginlik Zelenskinin qərarına təsir edib
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın bərpasına həsr olunmuş sammitdə iştirak etməyəcək.

Sfera.az bildirir ki, bu barədə irlandiyalı jurnalist Çey Bouz X sosial şəbəkəsində paylaşım edib.

“Zelenski nasistlərlə əməkdaşlıq etmiş şəxslərlə bağlı qalmaqala görə Ukraynanın Bərpası Sammitindən yayınmağa qərar verib. Kiyev təsdiqləyir ki, Zelenski onun ən böyük Qərb tərəfdarlarının iştirak etdiyi Polşadakı konfransı buraxır”, – deyə Bouz bildirib.

Jurnalistin sözlərinə görə, sammitə ev sahibliyi edən tərəf də Ukrayna liderini görməkdə maraqlı deyil. O iddia edib ki, Varşava Kiyevin nasistlərlə əməkdaşlıq etmiş şəxsləri açıq şəkildə təqdir etməsindən narazıdır.

Daha əvvəl Böyük Britaniyanın sabiq diplomatı İan Praud bəyan etmişdi ki, Vladimir Zelenski münaqişənin daha da kəskinləşməsində maraqlıdır, çünki bu, ona ölkə üzərində nəzarəti saxlamağa imkan verir. Praud həmçinin Zelenskini Avropanın təhlükəsizliyi üçün təhdid adlandırıb.

Bundan əvvəl Volodimir Zelenskinin Ağ Qartal ordenindən məhrum edildiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, bu qərar Zelenskinin Ukrayna ordusunun bölmələrindən birinə “UPA qəhrəmanları” (Ukrayna Üsyançı Ordusu) adının verilməsindən sonra Polşa hakimiyyəti tərəfindən qəbul olunub.

İnci

PAYLAŞ