Tramp: "İran bizə zəmanət verib"

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, rəsmi Tehran Hörmüz boğazından keçən gəmilər üçün hər hansı bir rüsum almadığı barədə Vaşinqtona zəmanət verib.
Sfera.az bildirir ki, Ağ Ev rəhbəri bu barədə özünə məxsus "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.
Tramp qeyd edib ki, əgər bu məlumatların yalan olduğu və ABŞ gəmilərindən ödəniş tələb edildiyi bəlli olarsa, Vaşinqton İran tərəfi ilə danışıqları dərhal dayandıracaq:
"Yayılan yalan xəbərlərin əksinə olaraq, İran ABŞ-yə məlumat verib ki, Hörmüz boğazından keçən gəmilərdən heç bir ödəniş, sığorta haqqı və ya digər rüsumlar yığılmır. Əgər Tehrandan daxil olan bu məlumatın yalan olduğu üzə çıxarsa, danışıqlar dərhal dayandırılacaq".
Qeyd edək ki, Hörmüz boğazı qlobal neft daşımaları və dəniz ticarəti üçün strateji əhəmiyyətə malik ən mühüm keçid məntəqələrindən biri hesab olunur.
Bəsti Rəfizadə
