Kulebadan Trampa: "Bu, sadəcə tamaşa idi"

Kulebadan Trampa: "Bu, sadəcə tamaşa idi"
Kateqoriya məlum deyil
T

Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, ABŞ Prezidenti Donald Trampın G7 sammitində verdiyi bəyanatlar Vaşinqtonun Ukrayna siyasətində real dəyişiklik anlamına gəlmir.

Sfera.az xəbər verir ki, Kuleba bu barədə yerli mediaya açıqlamasında danışıb.

Onun sözlərinə görə, Tramp sammit iştirakçılarının gözləntilərinə uyğun mövqe nümayiş etdirib:

“Bu, düzgün yerdə və düzgün zamanda verilmiş müvəqqəti bəyanatdır. O, G7 sammitinə gəlib və digər iştirakçıların eşitmək istədiyi sözləri deyib”, – Kuleba bildirib.

Sabiq nazir qeyd edib ki, G7 sammitindən əvvəl Tramp Rusiya rəhbərliyi ilə də təmasda olub və Ukrayna münaqişəsinin nizamlanması məsələsi müzakirə edilib.

Kulebanın fikrincə, ABŞ liderinin qarşıdakı dövrdə daxili siyasi məqsədləri də var və o, Konqres seçkiləri öncəsi mühüm siyasi uğur əldə etməyə çalışır.

Daha əvvəl Ukraynanın keçmiş baş naziri Mikola Azarov bildirmişdi ki, G7 görüşündə Avropa liderləri ABŞ prezidentini Kiyevin qələbə perspektivlərinə inandırmağa çalışıblar.

İnci

Sfera.az

PAYLAŞ