Peskov Britaniya baş nazirlərinin sayı ilə bağlı zarafat etdi

Peskov Britaniya baş nazirlərinin sayı ilə bağlı zarafat etdi
Kateqoriya məlum deyil
T

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın gələcəkdə neçə baş nazir dəyişəcəyini proqnozlaşdırmağın mümkün olmadığını bildirib və bu barədə zarafat edib.

Sfera.az xəbər verir ki, o, bu fikirləri XII Beynəlxalq elmi-ekspert forumu “Primakov oxumaları” çərçivəsində “XXI əsrin ortalarınadək dünya nizamının ssenariləri” adlı sessiyada çıxışı zamanı səsləndirib.

Peskov qeyd edib ki, bu müzakirələrin yekununu bu gün deyil, gələcək nəsillər verəcək:

“Biz hətta indi Böyük Britaniyada nə qədər baş nazirin dəyişəcəyini dəqiq proqnozlaşdıra bilmirik”, – deyə o bildirib.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa qərarını elan edib və bu barədə III Kral Çarlza məlumat verdiyini açıqlayıb.

İnci

Sfera.az

PAYLAŞ