Qırğızıstanda növbəti prezident seçkiləri bu tarixdə olacaq

Qırğızıstanda növbəti prezident seçkiləri bu tarixdə olacaq
Kateqoriya məlum deyil
T

Qırğızıstanda növbəti prezident seçkiləri 2027-ci il yanvarın 27-nə təyin olunub.

Sfera.az xəbər verir ki, bu barədə Qırğızıstan Joqorku Keneşinin sədri Marlen Mamataliyev bildirib.

O qeyd edib ki, qanunvericiliyə əsasən, prezident seçkiləri 2027-ci ilin yanvar ayının son bazar günü keçirilməlidir.

“Bu gün seçki ilə bağlı qanun layihəsini qəbul etdik, ona əsasən, seçkilər 2027-ci il yanvarın son çərşənbə günü, yəni yanvarın 27-də keçiriləcək. Bu qanun layihəsinin məqsədi kvorumu və seçici fəallığını artırmaqdır. Bildiyiniz kimi, Bişkekdə seçki fəallığı adətən çox aşağıdır - 15 faizdən çox deyil”, - Mamataliyev əlavə edib.

Spiker vurğulayıb ki, prosedura əsasən, prezident müvafiq qanun layihəsini imzalamalı və seçki tarixini təsdiqləməlidir.

PAYLAŞ