Əli Bəhreyni: "Tehran dialoqu davam etdirməyə hazırdır"

ABŞ Prezidenti Donald Trampın İrana qarşı çıxışları Bürgenstok danışıqlar prosesini ciddi şəkildə təhlükə altına qoyub, lakin Vaşinqton diplomatik həll yolunda maraqlı olduğunu göstərərsə, Tehran dialoqu davam etdirməyə hazırdır.
Sfera.az xəbər verir ki, bunu İslam Respublikasının Cenevrədəki BMT ofisindəki daimi nümayəndəsi Əli Bəhreyni bildirib.
"ABŞ prezidentinin açıqlamaları Bürgenştok danışıqları zamanı müəyyən problemlər yaradıb. Onlar danışıqları ciddi təhlükə altına qoyub",– o, Cenevrədə keçirilən brifinqdə danışıqların gedişatını şərh edərkən bildirib.
“ABŞ İranla danışıqlar aparmaq və yaranan məsələləri həll etmək istəyini bildirdiyi müddətcə, İran danışıqları davam etdirəcək və dialoqda iştirak edəcək. Amma düşünürəm ki, indi hər kəsə aydın olmalıdır ki, İran məsələsində hərbi tədbirlər heç bir nəticə verməyəcək. Hərbi əməliyyatlar mümkün addımlar variantlarından birdəfəlik çıxarılmalıdır",– Bəhreyni vurğulayıb.
Firuzə Əliyeva
