Putin: Qərbin diktə etməyə çalışdığı qaydalar Rusiyanı qane etmir

Putin: Qərbin diktə etməyə çalışdığı qaydalar Rusiyanı qane etmir
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qərbin beynəlxalq münasibətlər sistemində tətbiq etməyə çalışdığı qaydalar Moskvanı qane etmir.

Sfera.az xəbər verir ki, bu barədə Putin XII Primakov Readings beynəlxalq elmi-ekspert forumunun iştirakçılarına ünvanladığı müraciətdə qeyd edib.

Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov tərəfindən səsləndirilən müraciətdə vurğulanıb ki, Qərbin irəli sürdüyü qaydaların arxasında neokolonial ambisiyalar və digər dövlətlərin suverenliyinə hörmətsizlik dayanır.

Putinin sözlərinə görə, Rusiya beynəlxalq münasibətlərdə bərabərhüquqlu əməkdaşlığın, dövlətlərin suverenliyinə hörmətin və qarşılıqlı maraqların nəzərə alınmasının tərəfdarıdır.

O qeyd edib ki, qlobal proseslərdə yeni güc mərkəzlərinin formalaşdığı bir dövrdə beynəlxalq münasibətlər sistemi daha ədalətli və çoxtərəfli prinsiplər əsasında inkişaf etməlidir.

İnci

Sfera.az

PAYLAŞ