Kir Starmer istefa verdi

Kir Starmer istefa verdi
Kateqoriya məlum deyil
T

2008-ci il qlobal maliyyə böhranından sonra ciddi zərər görən və uzun müddətdir müxtəlif problemlərlə üzləşən İngiltərə yenidən baş nazir seçkisi prosesinə hazırlaşır.

Sfera.az xəbər verir ki, hazırda baş nazir postunda olan Kir Starmer Baş nazirlik iqamətgahının qarşısında çıxış edərək vəzifəsindən istefa verdiyini açıqlayıb. O, çıxışı zamanı komandasına təşəkkür edib ölkədə iqtisadi və idarəçilik böhranının getdikcə dərinləşdiyini bildirib.

İşçi Partiyası daxilində Endi Börnhamın partiya liderliyinə gətirilməsi ilə bağlı təzyiqlərin artmasından sonra Starmer istefa vermək qərarına gəlib.

Starmerin xüsusilə miqrasiya siyasəti, artan vergilər və ictimai xidmətlərin yaxşılaşdırılması ilə bağlı verdiyi vədləri yerinə yetirə bilməməsi onun nüfuzunun azalmasına səbəb olub.

Baş nazirin istefası ilə Starmer son 10 il ərzində vəzifədən ayrılan altıncı İngiltərə hökumət başçısı olub.

ABŞ Prezidenti Donald Tramp da bundan əvvəl Starmerin istefa verəcəyini açıqlayıb. O, sosial media hesabında bildirib ki, Starmer miqrasiya və enerji kimi iki mühüm məsələdə ciddi uğursuzluğa düçar olub.

Tramp açıqlamasında Starmerə uğurlar arzulayıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ