Trampdan Meloniyə növbəti sərt sözlər

Trampdan Meloniyə növbəti sərt sözlər
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Giorgia Meloni ilə bağlı növbəti sərt açıqlama verib. Sosial media hesabında paylaşım edən Tramp Meloninin Fransada keçirilən G7 Zirvəsi zamanı onunla şəkil çəkdirmək üçün dəfələrlə müraciət etdiyini iddia edib.

Sfera.az xəbər verir ki, Tramp paylaşımında İtaliyanın ABŞ-ın İran siyasətini dəstəkləmədiyini və Vaşinqtonun hərbi əməliyyatları üçün lazımi dəstəyi vermədiyini vurğulayıb. O, həmçinin Meloninin ölkə daxilində populyarlığının azaldığını irəli sürərək bunun ABŞ-la münasibətlərə görə baş verdiyini bildirib.

ABŞ lideri, “ABŞ İranı hərbi baxımdan məğlub etdikdən sonra Meloni reytinqini artırmaq üçün yenidən dost olmaq istəyir. Xeyr, təşəkkür edirəm”, - sözlərini yazıb.

Qeyd edək ki, Meloni daha əvvəl Trampın onun haqqında səsləndirdiyi iddiaları qəti şəkildə rədd edib. İtaliya Baş naziri həmin açıqlamaların uydurma olduğunu bildirərək, “Mən və İtaliya heç vaxt yalvarmarıq” ifadəsini işlədib.

Beləliklə, iki lider arasında bir neçə gündür davam edən söz savaşı daha da kəskinləşib.

Mənsumə

Sfera.az

PAYLAŞ