Ermənistan Rusiya ilə müharibəyə hazırlaşır? – Kreml rəsmən elan etdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanı Rusiyaya qarşı mümkün qarşıdurmaya hazırlaşmaqda ittiham edib.
Sfera.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Zaxarova bildirib ki, guya erməni hərbçiləri Rusiyaya qarşı müharibə aparmaq üçün təlim keçirlər. Lakin bu iddianı təsdiqləyən hər hansı konkret dəlil təqdim olunmayıb.
Bununla yanaşı, Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə “Qartal Tərəfdaş 2026” adlı birgə hərbi təlimlər keçirilir. Ermənistan Müdafiə Nazirliyi isə təlimlərin məqsədinin beynəlxalq sülhməramlı əməliyyatlara hazırlığın artırılması, taktiki qarşılıqlı fəaliyyətin gücləndirilməsi və təcrübə mübadiləsinin aparılması olduğunu açıqlayıb.
Rəsmi İrəvan vurğulayır ki, təlimlərin ssenarisində Rusiya düşmən tərəf kimi nəzərdə tutulmayıb və manevrlər hər hansı ölkəyə qarşı yönəlməyib./globalinfo.az
