Lavrov: ABŞ Ukrayna məsələsində mövqeyini yenidən dəyişə bilər

Rusiyanın ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mövqeyini yenidən dəyişə biləcəyi ilə bağlı müəyyən təəssüratları var.
Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Bizim narahatlığımız yoxdur. Sadəcə belə bir hiss var ki, Ankoricdə keçirilən görüşdən sonra əldə olunan anlaşmalarda olduğu kimi, ABŞ yenidən yanaşmasını dəyişə bilər", – deyə Lavrov qeyd edib.
Nazirin sözlərinə görə, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməklə və əvvəlki məhdudiyyətləri uzatmaqla yanaşı, Ukraynanın hərbi-sənaye kompleksinə dəstək proqramlarını da davam etdirir.
Bundan əvvəl ABŞ-nin Rusiya və Ukrayna ilə danışıqları bərpa etdiyi məlum olub. Müzakirə olunan ideyalardan biri isə münaqişə zonasında atəşkəsin iki mərhələdə həyata keçirilməsidir.
İnci
Sfera.az
