Araqçi: “İslamabad sazişi” yekunlaşmaq üzrədir

Kateqoriya məlum deyil
T
İran və ABŞ arasında “İslamabad sazişi”nin razılaşdırılması son mərhələyə çatıb.
Sfera.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi bildirib.
Onun sözlərinə görə, tərəflər sənədin tamamlanmasına həmişəkindən daha yaxındırlar.
Araqçi medianı yekun təsdiqə qədər sazişin məzmunu ilə bağlı spekulyasiyalardan çəkinməyə çağırıb. O qeyd edib ki, “məsuliyyətli və şəffaf yanaşma” çərçivəsində bütün detallar danışıqlar başa çatdıqdan sonra açıqlanacaq.
