ABŞ NATO üçün hərbi resursları azaltdı

ABŞ NATO üçün hərbi resursları azaltdı
Kateqoriya məlum deyil
T

ABŞ administrasiyasının NATO-nun Avropadakı əməliyyatları üçün ayırdığı hərbi resursları əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığı iddia olunur.

 

Sfera.az xəbər verir ki, Amerikanın “New York Times” qəzetinin iki yüksək vəzifəli avropalı rəsmiyə istinadən yaydığı məlumata görə, plan çərçivəsində ABŞ-nin Avropaya ayırdığı F-16 və F-15E tipli döyüş təyyarələrinin sayı təxminən 150-dən 100-ə endiriləcək. Bundan başqa, dəniz kəşfiyyat təyyarələrinin sayı 26-dan 15-ə salınacaq, həmçinin daha əvvəl Avropada yerləşdirilən 8 ədəd havada yanacaq doldurma tankeri tamamilə geri çəkiləcək. Qeyd olunub ki, bu addımlar NATO-nun uzaqmənzilli hücum və müşahidə imkanlarına təsir göstərə bilər.

 

Plana əsasən, NATO missiyalarını dəstəkləmək üçün yerləşdirilən dəniz kəşfiyyat təyyarələrinin fəaliyyəti də məhdudlaşdırılacaq. Eyni zamanda, ABŞ-yə məxsus havada yanacaq doldurma təyyarələrinin artıq Avropadakı alyans əməliyyatlarında iştirak etməyəcəyi bildirilib. Məlumatda həmçinin qeyd edilbr ki, bir aviadaşıyıcı gəmi, bir sualtı qayıq, bir neçə döyüş gəmisi və ABŞ bombardmançı təyyarə donanmasının bir hissəsi digər regionlara yönləndiriləcək.

 

Xatırladaq ki, Prezident Donald Tramp daha əvvəl dəfələrlə Avropa ölkələrini müdafiə xərclərinə kifayət qədər vəsait ayırmamaqda və ABŞ-nin təhlükəsizlik dəstəyindən həddindən artıq asılı olmaqda tənqid edib. O, həm Avropa, həm də Asiya müttəfiqlərini müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağa çağırıb.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ