Naxçıvanı işğaldan, Azərbaycanı parçalanmaqdan xilas etdi - Elman Nəsirov

Naxçıvanı işğaldan, Azərbaycanı parçalanmaqdan xilas etdi - Elman Nəsirov
Kateqoriya məlum deyil
T

“Əgər Heydər Əliyev 1990-cı ildə Naxçıvana qayıtmasaydı, muxtar respublikanın işğal olunması təhlükəsi çox yüksək idi”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında deputat Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, Ulu Öndərin Naxçıvana qayıdışı Azərbaycanın gələcək taleyinə təsir göstərən mühüm hadisələrdən biri olub. Onun sözlərinə görə, həmin dövrdə Heydər Əliyevin rəhbərliyə gəlməsi muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayıb.

 

Elman Nəsirov qeyd edib ki, o illərdə Naxçıvanın işğal riski kifayət qədər yüksək idi və Heydər Əliyevin fəaliyyəti bu təhlükənin qarşısının alınmasına imkan verib.

 

Deputat əlavə edib ki, Heydər Əliyevin sonradan Azərbaycanda siyasi hakimiyyətə qayıdışı da ölkədə dərin böhranın, parçalanma meyllərinin və vətəndaş qarşıdurmasının qarşısını almaqda mühüm rol oynayıb.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ