“Vatan” Partiyasından hökumətə çağırış: Ukraynaya hərbi dəstək dayandırılsın

"Vatan" Partiyasından hökumətə çağırış: Ukraynaya hərbi dəstək dayandırılsın
Kateqoriya məlum deyil
T

Türkiyənin “Vatan” Partiyası Ukraynaya göstərilən hərbi yardımın dərhal dayandırılmasına çağırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “RIA Novosti” partiyanın bəyanatına istinadən məlumat yayıb.

 

Bəyanatda qeyd olunub ki, Ukraynaya hərbi dəstək dərhal dayandırılmalı və müdafiə sənayesi sahəsində bütün əməkdaşlıqlar müvəqqəti olaraq dayandırılmalıdır.

 

Partiya həmçinin Türkiyənin Kiyevdəki səfirinin XİN-ə çağırılmasını və Qara dənizdə Türkiyənin maraqlarına təsir edən insidentlərlə bağlı etirazın bildirilməsini tələb edib.

 

Daha əvvəl Türkiyənin Daxili İşlər Nazirliyi Türkiyə bayrağı altında üzən balıqçı gəmisinin hücuma məruz qaldığını açıqlamışdı. Bildirilib ki, hadisə Krımın qərbində, Qara dənizin beynəlxalq sularında baş verib və gəmi batıb.

 

Hadisə bölgədə gərginliyi artırıb və tərəflər arasında diplomatik reaksiyalara səbəb olub.

 

İnci

Sfera.az

PAYLAŞ