Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb

Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
Kateqoriya məlum deyil
T

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə telefon danışığı aparıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
 

"Hökumət başçıları Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsas istiqamətləri və bir sıra sahələrdə birgə təşəbbüslərin təşviqi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.


Qeyd olunub ki, tərəflər geniş istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın ardıcıl inkişafında qarşılıqlı maraqlı olduqlarını təsdiq ediblər.

PAYLAŞ