Kılıçdaroğlu yenidən CHP-nin sədri oldu

Kılıçdaroğlu yenidən CHP-nin sədri oldu
Kateqoriya məlum deyil
T

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Ankara Məhkəməsi qərar qəbul edib.

 

Qərara əsasən, partiyanın sədri Özgür Özəl vəzifəsindən kənarlaşdırılıb.

 

Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.

 

Bu qərardan sonra CHP Mərkəzi İcraiyyə Komitəsinin fövqəladə iclası keçirir./axar

PAYLAŞ