ABŞ - İran görüşünün vaxtı açıqlandı

ABŞ - İran görüşünün vaxtı açıqlandı
Kateqoriya məlum deyil
T

ABŞ və İran nümayəndələri çox güman ki, bu həftə sonu görüşəcəklər.

 

Sfera.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib.

 

"İranlılar görüşmək, razılaşma əldə etmək istəyirlər. Düşünürəm ki, həftə sonu görüş keçiriləcək. Zənnimcə, növbəti bir-iki gün ərzində razılaşma əldə edəcəyik", - deyə o bildirib.

 

Daha əvvəl “Axios” mənbəyə istinadən müzakirə olunan razılaşmanın elementlərindən biri kimi ABŞ-nin İranın zənginləşdirilmiş uran ehtiyatından imtina etməsi müqabilində dondurulmuş İran vəsaitlərindən 20 milyard dolları azad edəcəyini yazıb.

PAYLAŞ