İrandan atılan raketə Türkiyədən CAVAB

Türkiyə son ballistik raket hadisəsindən sonra ölkənin təhlükəsizliyi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib ki, İrandan atılan ballistik raket Türkiyənin hava məkanına daxil olarkən zərərsizləşdirilib. Nazirliyin yaydığı açıqlamada vurğulanıb ki, Türkiyə regional sabitliyə və yaxşı qonşuluq münasibətlərinə böyük əhəmiyyət verir.
Bununla yanaşı, ölkənin ərazisinə və hava məkanına qarşı hər hansı təhlükə yaranacağı təqdirdə bütün zəruri tədbirlərin tərəddüd etmədən görüləcəyi qeyd olunub.
Açıqlamada bildirilib ki, Türkiyə öz milli təhlükəsizliyini qorumaq məsələsində qətiyyətlidir və mümkün təhdidlərə qarşı lazımi addımlar atmaqdan çəkinməyəcək. Nazirlik həmçinin xəbərdarlıq edib ki, Türkiyənin bu məsələ ilə bağlı etdiyi çağırışlara və xəbərdarlıqlara qulaq asmaq bütün tərəflərin maraqlarına uyğundur.
Fidan Hacızadə
Sfera.az
