Rusiya-Fransa münasibətləri gərginləşəcək? - AÇIQLAMA

Rusiya-Fransa münasibətləri gərginləşəcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Türkiyədəki Rusiya səfirliyi Fransanın Ankaradakı diplomatik missiyasının Prezidentin mətbuat katibi Dmitri Peskovun bəyanatlarına dair paylaşımını sərt şəkildə tənqid edib.

 

Fransa səfirliyi "X" sosial şəbəkəsində Rusiya tərəfinin Ukraynada xüsusi hərbi əməliyyatla (XHƏ) bağlı sitatlarına istehzalı münasibət bildirib və paylaşımına kloun emojisi əlavə edib. Buna cavab olaraq Rusiya səfirliyi "X" platformasında fransız və türk dillərində bəyanat yayıb. Bildirilib ki, “məşhur fransız diplomatiyasından sosial şəbəkələrdə yazılan acınacaqlı və kədərli paylaşımlardan başqa bir şey qalmayıb”.

 

Bəyanatda həmçinin qeyd olunub ki, Paris 2014-cü ildən etibarən Kiyevdə “nasist rejimini” dəstəkləyən əsas sponsorlardan biridir. Bu məlumatları şərh edən Dmitri Peskov London və Parisin Kiyevə müvafiq silah və ya texnologiya ötürmək cəhdlərini “ağılsızlıq həddinə çatan addım” adlandırıb.

 

Bütün bu hadisələr Fransa Rusiya münasibətlərinə necə təsir edəcək? Bundan sonra ikitərəfli münasibətlər daha da sərtləşə bilərmi? Peskovun artıq ikinci dəfədir ki, Fransanın Ukraynaya nüvə silahını ötürməsi mesajı nə dərəcədə doğrudu?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şakir Ağayevin sözlərinə əsasən, məsələnin bu həddə gəlib çatmasının səbəbi Fransa və İngiltərənin bir müddət öncə Ukraynaya nüvə silahının ötürülməsini müzakirə etməsidir:

 

 

“Rusiya xarici kəşfiyyat xidməti bir neçə müddət öncə bu məsələni qaldırıb ki, İngiltərə və demək Fransa Ukraynaya nüvə silahının ötürülməsi ilə bağlı məsələləri işləyir. Ondan sonra məlumatlar yayıldı ki, Zelenski bu ölkələrdən nüvə silahı istəyib. Avropada bilirsiniz ki, iki ölkədə nüvə silahı var: biri İngiltərə, digəri Fransa. Almaniyanın belə silahları yoxdur, çünki Almaniyada belə silahlar 1945-ci ildən sonra qadağan olunub. Ona görə də bu müzakirələr İngiltərə və Fransa hakimiyyətində aparılıb və Rusiya bu barədə bəyanat verib ki, bu nüvə silahı müharibəyə gətirib çıxara bilər. İndi nə dərəcədə düzgündür, nə dərəcədə səhvdir, demək çətindir, çünki Rusiya-Ukrayna müharibəsində isti müharibədən çox və daha qəddar informasiya müharibəsi aparılır. Həm Ukrayna tərəfindən, həm Rusiya tərəfindən, həm də Ukraynanı müdafiə edən Avropa Birliyi dövlətləri tərəfindən”.

 

Ekspert Rusiya-Fransa münasibətlərinə toxunaraq qeyd edib ki, iki ölkə arasında vəziyyət, siyasi əlaqələr kəskinləşməyəcək:

 

“Baxmayaraq ki, Avropada Rusiyaya ən yaxın dövlətlər Almaniya və Fransa olub. Və daim böyük iqtisadi, humanitar, siyasi əlaqələri olub. Bu əlaqələr Ukrayna müharibəsindən sonra və Makron hakimiyyəti dövründə kəskinləşib. Bundan sonra daha da kəskinləşməsi isə mümkünsüzdür, çünki dövlətlər bir-birlərinə ittihamlar irəli sürürlər. Bunun səbəblərindən biri də odur ki, Makron Avropa Birliyindəki hegemonluğunu itirib, Avropa Birliyində liderliyi öz əlində saxlamaq istəyir və Fransa bunun uğrunda mübarizə apararaq Avropanın “nüvə çətiri” missiyasını boynuna götürmək istəyir. Ona görə bu münasibətlər ümumiyyətlə səfirliklər səviyyəsindədir, heç bir yüksək səviyyəli əlaqə yoxdur. Fransayla Rusiyanın münasibətləri soyuq müharibə dövründən sonra ən aşağı səviyyədədir”.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ