İran-Ermənistan hərbi təlimləri genişləndirilir - "Azərbaycana qarşı olmasa..."

İran-Ermənistan hərbi təlimləri genişləndirilir - "Azərbaycana qarşı olmasa..."
Kateqoriya məlum deyil
T

İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bildirib ki, İran və Ermənistan arasında keçirilən hərbi təlimlər gələcəkdə də baş tuta və daha genişmiqyaslı ola bilər. Səfirin açıqlaması bölgədə diqqət çəkib və müxtəlif suallar doğurub.

 

Mütəxəssislər hesab edirlər ki, bu cür hərbi əməkdaşlıq yalnız iki ölkənin təhlükəsizlik maraqlarına xidmət etməyəcək, eyni zamanda qonşu ölkələr və beynəlxalq ictimaiyyət üçün də mesaj xarakteri daşıyır.

 

Təlimlərin genişləndirilməsində əsas məqsəd nədir?

 

Sfera.az-a bu haqda açıqlama verən politoloq Zeynal Əmrəliyevin sölərinə əsasən, əgər bu, üçüncü ölkəyə qarşı çevrilməyəcəksə, iki ölkə arasında təlimlərin keçirilməsi normaldır. “Hətta qonşu ölkələrdə belə bu daha normal qəbul edilir”-, deyən ekspert bu təlimlərin Azərbaycana və yaxud Türkiyəyə qarşı yönəlməməsi şərtilə normal şəkildə qəbul ediləcəyini bildirib:

 

 

“İndi Ermənistan və İran arasında hərbi əlaqələrin inkişafı bu məqamda düşünürəm ki, bizdən çox Qərbi narahat etməlidir və İran, Ermənistanın səylərinə çox da inanmalı deyil. Nəzərə almaq lazımdır ki, Ermənistan artıq Qərbə inteqrasiya xəttini götürüb, hətta Rusiyanın orbitində olan təşkilatlardan belə ayrılmaq və Qərbin orbitində olan təşkilatlara daxil olmaq niyyətini açıqlayıb. Bu xüsusda İran tərəfi də düşünməlidir ki, Qərbə doğru inteqrasiya edən Ermənistanla hərbi əməkdaşlıq ona nə verəcək? Yəni, bu xəttin genişləndirilməsi və inkişafı nə dərəcədə effektli ola bilər, həm Ermənistan, həm də İran üçün. Düşünürəm ki, xeyirli bir məsələ deyil. Nə qədər hərbi təlimlər keçirilsə də, indiki məqamda iki ölkənin hərbi cəhətdən bir-birinə bağlanması siyasi cəhətdən də çox inandırıcı deyil”.

 

Politoloq İranın hazırki vəziyyətinin çox acınacaqlı olduğunu vurğulayıb:

 

“Artıq ABŞ İrana hücum edə bilər və dünya mediası bunu gündəmə daşıyır. Belə bir məqamda Ermənistanın İranla yaxınlaşması çox da səmimi deyil, yəni inandırıcı gəlmir. Sadəcə olaraq düşünürəm ki, bu, gündəmi dəyişmək, fikri başqa yerə yönəltmək üçün bir vasitədir və əsasən də İran tərəfindən görülən təşəbbüslərdir”.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ