Bu il Bakı və İrəvan arasında sülh sazişi imzalanacaq?

Bu il Bakı və İrəvan arasında sülh sazişi imzalanacaq?
Kateqoriya məlum deyil
T

Prezident İlham Əliyev Münhendə Azərbaycan telekanallarına müsahibəsində bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə aydınlıq gətirib.

 

Sfera.az xəbər verir ki, dövlət başçısı bununla bağlı suala cavabında deyib:

 

“Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib”.

PAYLAŞ