ABŞ dövlət katibinin müavinini Azərbaycanda heyrətləndirən məqam - FOTO

Kateqoriya məlum deyil
T
ABŞ-ın iqtisadi məsələlər üzrə dövlət katibinin müavini Ceykob Helberq bildirib ki, “Tramp marşrutu” Cənubi Qafqazı həmişəlik dəyişəcək.
Sfera.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Helberq qeyd edib ki, Bakıya səfər olduqca məhsuldar keçib və şəhərin qonaqpərvərliyi, eləcə də yüksək enerjisi onu həqiqətən təsirləndirib.
Onun sözlərinə görə, Tramp administrasiyasının təşəbbüsü ilə irəli sürülən Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) regionda köklü dəyişikliklərə səbəb olacaq.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin tarixi səfərinin isə regional sabitlik və birgə iqtisadi inkişaf üçün möhkəm təməl yaratdığı vurğulanıb.

