ÜST-dən hökumətlərə çağırış

ÜST-dən hökumətlərə çağırış
Kateqoriya məlum deyil
T

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, hər 5 nəfərdən biri həyatının müəyyən dövründə xərçəngə tutulacaq. Təşkilatın proqnozuna görə, 2050-ci ilə qədər dünyada hər il qeydə alınan yeni xərçəng hallarının sayı 35 milyona çatacaq.

Sfera.az xəbər verir ki, hesabata əsasən, aşağı gəlirli ölkələrdə xərçəng əleyhinə dərmanlara və radioterapiya xidmətlərinə çıxış sahəsində ciddi bərabərsizliklər mövcuddur. Müalicə xərclərinin yüksək olması səbəbindən bir çox xəstə müalicəni yarımçıq dayandırmaq məcburiyyətində qalır.

Araşdırma göstərir ki, xərçəng təkcə sağlamlıq problemi deyil, həm də ailələr üçün ciddi iqtisadi və psixoloji yük yaradır. Mütəxəssislərin qiymətləndirməsinə görə, yeni xərçəng hallarının təxminən 40 faizi tütün istifadəsi, alkoqol qəbulu, infeksiyalar və artıq çəki kimi qarşısı alına bilən risk amilləri ilə əlaqəlidir.

ÜST hökumətləri xərçənglə mübarizədə profilaktika, erkən diaqnostika, müalicə və xəstələrə qulluq xidmətlərini əhatə edən güclü, inklüziv və bərabər imkanlara əsaslanan səhiyyə siyasətlərini həyata keçirməyə çağırıb./qaynarinfo

PAYLAŞ