Türkiyədə "gənə terroru" - 6 nəfəri öldürüb

Türkiyədə "gənə terroru" - 6 nəfəri öldürüb
Kateqoriya məlum deyil
T

Türkiyədə gənə dişləmələri nəticəsində yayılan virus səbəbilə ölüm halları qeydə alınıb.

Sfera.az xəbər verir ki, Sivas və Tokat vilayətlərində ümumilikdə 6 nəfər gənə vasitəsilə ötürülən virusun qurbanı olub.

Məlumata görə, ölənlərdən biri Tokatın Artova rayonunun Poyrazalan kəndində yaşayan 60 yaşlı heyvandar olub. O, yüksək hərarət şikayəti ilə tibb müəssisəsinə müraciət etsə də, aparılan müalicə nəticə verməyib. Daha sonra Sivasdakı klinikaya köçürülən xəstəyə Krım-Konqo hemorragik qızdırması (KKHQ) diaqnozu qoyulub. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, həmin şəxsin gənəni özü çıxarmağa çalışması vəziyyətin ağırlaşmasına və fəsadların yaranmasına səbəb olub.

Rəsmilər əhaliyə ehtiyatlı olmağı və xüsusilə kənd təsərrüfatı ilə məşğul olanların diqqətli davranmasını tövsiyə ediblər./modern.az

PAYLAŞ