Qəhvə beyni bundan qoruyur – Yeni NƏTİCƏ

Qəhvə beyni bundan qoruyur – Yeni NƏTİCƏ
Kateqoriya məlum deyil
T

Qəhvənin gündəlik qəbulu narahatlıq səviyyəsini azalda və yuxusuzluqla yanaşı yağlı qidalanmanın orqanizmdə yaratdığı pozuntulara qarşı qoruyucu təsir göstərə bilər.

Sfera.az xəbər verir ki, bu nəticəyə alimlər gəlib. Araşdırmanın nəticələri "Food & Function" jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində siçanlar doqquz həftə ərzində yağlı qidalarla qidalandırılıb və demək olar ki, tamamilə yuxudan məhrum ediliblər. Bu rejim müasir həyat tərzini modelləşdirmək məqsədi daşıyıb. Təcrübədə iştirak edən heyvanların bir qrupuna hər gün qəhvə verilib.

Daha sonra alimlər onların beyin, qaraciyər, bağırsaq mikroflorası və maddələr mübadiləsinin vəziyyətini qiymətləndiriblər.

Araşdırma göstərib ki, qəhvə qəbul edən siçanlarda narahat davranışlar daha az müşahidə olunub, hipokampdakı sinir hüceyrələri zədələnmədən daha yaxşı qorunub, həmçinin qaraciyərin piylənməsi azalıb.

Bundan başqa, qəhvə bağırsaq mikrobiotasının tərkibinin bərpasına kömək edib, qaraciyərdə yağ və öd turşularının mübadiləsini yaxşılaşdırıb, eləcə də iltihabi prosesləri zəiflədib.

Alimlərin fikrincə, qəhvənin qoruyucu təsiri onun eyni vaxtda bağırsaq, qaraciyər və beyinə kompleks təsiri ilə əlaqədardır.

Bununla belə, tədqiqat yalnız siçanlar üzərində aparıldığı üçün əldə olunan nəticələrin insanlar üçün də eyni şəkildə keçərli olduğunu söyləmək hələ tezdir.

Xatırladaq ki, daha əvvəl aparılan başqa bir araşdırmada yüksək dozada kofeinin sümük kütləsinin itirilməsini sürətləndirə biləcəyi müəyyən edilmişdi.

İnci

Sfera.az

PAYLAŞ