Xallar barədə həkim xəbərdarlığı: təhlükəli əlamətlər hansılardır?

Xallar barədə həkim xəbərdarlığı: təhlükəli əlamətlər hansılardır?
Kateqoriya məlum deyil
T

Xallar (nevuslar) dəridə piqment yaradan melanin istehsal edən hüceyrələrin toplanması nəticəsində əmələ gəlir. Onların yaranmasına genetik amillər, hormonlar və günəş şüaları təsir göstərir.

Sfera.az bildirir ki, bu barədə onkoloq həkim Violetta Purtsxvanidze məlumat verib.

Mütəxəssisin sözlərinə görə, təhlükəli əlamətlərə xalların forma dəyişməsi və ya asimmetriyası, rəngin qeyri-bərabər olması, qara nöqtələrin yaranması və ya rəngin açılması daxildir. Bundan əlavə, qaşınma, yanma, qabıqlanma, qanama və ya xalların sürətlə böyüməsi də ciddi xəbərdarlıq əlaməti sayılır.

Həkim bildirib ki, bu simptomlar müşahidə edildikdə həkimə müraciəti gecikdirmək olmaz.

Mütəxəssis həmçinin qeyd edib ki, xalların zədələnməsi birbaşa xərçəng yaratmır, lakin infeksiya riski yaradır və nəzarət tələb edir.

Digər yayılmış yanlış düşüncələrdən biri isə günəş vannası ilə bağlıdır. Bəzi insanlar uşaqlıqdan olan xalların günəşdən təsirlənmədiyini düşünür, lakin bu doğru deyil. Ultrabənövşəyi şüalar dəridə hüceyrə fəaliyyətini dəyişdirə bilər və xüsusilə atipik xallar üçün risk yaradır.

Həkim vurğulayıb ki, təhlükə xalların sayında deyil, onların keyfiyyətindədir — qeyri-düzgün formalı və ya iri ölçülü xallar daha riskli hesab olunur.

Profilaktika üçün ayda bir dəfə özünü müayinə, günəşdən qorunmaq üçün SPF kremlərdən istifadə və xalların sürtünmə və zədələnmədən qorunması tövsiyə edilir. Xalları özbaşına kəsmək və ya yandırmaq isə qəti şəkildə qadağandır./demokrat

PAYLAŞ