Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır

Skoliozun uşaq və yeniyetmələr arasında ən çox 10-16 yaş dövründə ortaya çıxdığı, xüsusilə 11-14 yaş aralığının riskli mərhələ hesab edildiyi açıqlanıb.
Sfera.az xəbər verir ki, mütəxəssislər bildirir ki, uzun müddət masa arxasında əyləşmək birbaşa skolioza səbəb olmasa da, yanlış oturma vərdişləri onurğaya əlavə yük yaradır və mövcud əyriliyin irəliləməsinə səbəb ola bilər.
Telefon və planşetdən uzun müddət istifadə də boyun, bel və kürək ağrılarını artırır.
Mütəxəssis qeyd edib ki, valideynlər bir çiynin digərindən yüksək olması, kürək sümüklərində asimmetriya, bel xəttində qeyri-bərabərlik və əyilərkən kürəyin bir tərəfində qabarıqlıq yaranması kimi əlamətlərə diqqət etməlidirlər. Erkən diaqnoz və müntəzəm fiziki aktivlik xəstəliyin ağırlaşmasının qarşısını almaqda mühüm rol oynayır.\\azxeber.com
