Qida borusu xərçənginin 6 əlaməti

Qida borusu xərçəngi dünyada ən təhlükəli onkoloji xəstəliklərdən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, xəstəlik erkən mərhələdə aşkar edilərsə, müalicə imkanları xeyli artır. Buna görə də bəzi əlamətləri görməzlikdən gəlmək tövsiyə edilmir.
Sfera.az xəbər verir ki, həkimlərin sözlərinə görə, qida borusu xərçənginin ən çox rast gəlinən əlamətlərindən biri udqunma çətinliyidir. Xəstələr qidanın boğazda və ya sinə nahiyəsində ilişib qalması hissindən şikayət edə bilərlər.
Digər diqqət çəkən simptomlar arasında səbəbsiz çəki itkisi, davamlı sinə ağrısı və ya yanğı hissi, uzun müddət keçməyən öskürək, həmçinin səs batıqlığı yer alır.
Mütəxəssislər vurğulayırlar ki, bu əlamətlər hər zaman xərçəng demək olmasa da, onların uzun müddət davam etməsi ciddi siqnal hesab edilməlidir. Belə hallarda vaxt itirmədən həkimə müraciət etmək vacibdir.
Qeyd olunur ki, siqaret istifadəsi, alkoqol qəbulu, reflüks xəstəliyi və qeyri-sağlam həyat tərzi qida borusu xərçənginin yaranma riskini artıran əsas amillər sırasındadır.
Erkən diaqnoz və vaxtında müalicə xəstəliyin gedişatına əhəmiyyətli təsir göstərə bilər.\\azxeber.com
