Təsadüfən DNT testi edən 3 qadın nəticələrdən şoka düşdü

Təsadüfən DNT testi edən 3 qadın nəticələrdən şoka düşdü
Kateqoriya məlum deyil
T

Böyük Britaniyada "Vəhşi Qərb" sperma donorluğu dövründə dünyaya gələn Helen, Gemma və Nataşa adlı qadınlar təsadüfən bacı olduqlarını aşkar ediblər və bu da ailələrinin həyatında yeni bir fəsil açıb.

Qadınlar on illər boyu doğuşlarının sirrini bilmədən yaşayıblar. Lakin onlar DNT testi verdikdə hər şey dəyişib və bu, şok bir həqiqəti ortaya qoyub.

Sfera.az bildirir ki, hər üç qadının eyni sperma donorundan dünyaya gəldiyi qaldığı məlum oub.

1991-ci ildən əvvəl dünyaya gəldikləri üçün qadınlar zarafatla özlərini "Vəhşi Qərb" sperma donorluğu dövrünün uşaqları adlandırırlar. O vaxtlar bu sahədə dəqiq qaydalar olmayıb. Surreydən olan 36 yaşlı Gemma bildirib ki, o vaxtlar valideynlərə belə uşaqları öz uşaqları kimi böyütmək və həqiqəti deməmək tövsiyə olunurdu.

Gemma və bacısı Helen Berkşirdə böyüyüblər və həmişə onları böyüdən atanın bioloji ataları olduğuna inanıblar. Otuz il sonra onlar doğuşlarının sirrini öyrəniblər, lakin uzun müddət eyni donordan olduqlarını bilməyiblər, çünki o dövrdə qeydlər olduqca az olub.

Üç qadın ilk görüşlərini inanılmaz bir şey kimi təsvir edir. Lakin qohumlarının olduğunu öyrənəndə çox seviniblər.

Qeyd edək ki, 1991-ci ilin avqust ayında Böyük Britaniyada donorluq üçün standartlar tətbiq edən və müvafiq qeydlərin saxlanılmasını tələb edən Yardımçı Reproduksiya və Embriologiya İdarəsi yaradılıb.

Aynil

PAYLAŞ